!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Ağır stress yaşadım” - Əməkdar artistin 12 yaş kiçik həyat yoldaşından AYRILMA SƏBƏBİ

!Reklam – Yazi

“Biz ailə quranda o, subay idi, mənimsə qızımın 10 yaşı var idi”.

Yenicag.az xəbər verir ki, bunu ikinci dəfə ailə həyatı qurmasından danışarkən tanınmış müğənni, Əməkdar artist Ruhəngiz Musəvi deyib.

Şəxsi həyatı ilə bağlı gizlinləri açıqlayan sənətçi ikinci dəfə də ailə həyatının uğursuz olduğunu bildirib:

“Haradansa öyrənmişdi ki, boşanmışam, mənə zəng edib tanış oldu, sonra evlilik təklifi etdi. O məndən 12 yaş kiçik idi, amma yaşımdan cavan göründüyüm üçün yaş fərqimiz hiss olunmurdu. Çox qısqanc idi, toylara gedəndə həmişə mənim yanımda olurdu. Birinci həyat yoldaşımdan ayrılmışdıq. İkinci ailəm də uğursuz oldu”.

Müğənni ikinci dəfə qurduğu ailəsinin dağılma səbəbini açıqlayıb:

“Həyat yoldaşımın işində problemlər yarandı, maddi sıxıntıları oldu, xaricə getməyə qərar verdi. Mənə də özü ilə getməyi təklif etdi, amma mən razılıq vermədim. Ondan ayrılandan sonra ağır stress yaşadım. Hazırda onun bacısı ilə yaxın münasibətlərimiz var. Onun dediyinə görə, qardaşı hələ də evlənməyib”.

Sənətçi onu da bildirib ki, 10 il bərabər yaşasalar da, övladları olmayıb:

“Övladımız olmadı, çünki bunu mən istəmədim. Birinci ailəmdən bir qızım var”.

Sənətçi bu barədə “Onun sirri” verilişində danışıb.

Cəvahir

www.yenicag.az

444
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv