Ağır vəziyyətdə olan Arif Quliyevin səhhəti ilə bağlı SON XƏBƏR – Oğlu açıqladı

“Xalq artisti Arif Quliyevin səhhəti ağır olaraq qalır”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artistinin oğlu Rövşən Quliyev deyib.

Sənətçinin oğlu atasına görə dua etdiklərini bildirib:

“Atam reanimasiyadadır, hələ də heç bir müsbət irəliləyiş yoxdur. Huşu özündə deyil. Həkimlər əlindən gələni edir. Allahdan ümidimizi kəsmirik, gözləyirik”.

Cəvahir

COP29