“Ağır vəziyyətdə olan Ermənistan KTMT-dən çıxsa, ömürlük qapazaltı ölkəyə çevriləcək” – RƏY

“Pelosinin gəlişi zamanı bu məsələnin qabarması Rusiyadan daha çox dəstək alınmasına hesablanıb”.

Bu fikirləri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq ehtimalını dəyərləndirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.ASDP sədrinin sözlərinə görə, Ermənistanın qeyd olunan hərbi ittifaqı tərk etməsi real deyil:

“Ermənistanın KTMT-dən çıxmaq ehtimalı sıfıra bərabərdir. Onlar İrəvanda Rusiya əleyhinə mitinqlər keçirsələr də, mövcudluqlarının həmin ölkədən asılı olduğunu bilirlər. Ona görə də bu məsələdə spekulyasiya edirlər.

Ermənistanda çox gözəl başa düşürlər ki, KTMT-dən çıxmağın nəticəsi nə ola bilər. Yəni ağır vəziyyətdə olan Ermənistan KTMT-dən çıxsa, ömürlük qapazaltı ölkəyə çevriləcək.

Onların bu məsələ ətrafında belə səs-küy salmaları Rusiyadan daha çox dəstək almaqdır. Başqa bir səbəb yoxdur”.

A.Zeynalov