Ağır vəziyyətdə Türkiyəyə aparılan məşhur aparıcının SON DURUMU: “Həkimlər vaxt qoyub, əgər…”

Bir neçə ay öncə ağır vəziyyətdə Türkiyədə xəstəxanaya yerləşdirilən tanınmış prodüser və aparıcı Sayqa Cahid hələ də sağalmayıb.

Yenicag.az-a açıqlama verən aparıcının yaxını Səbinə Selcan onun bir neçə dəfə əməliyyat olunsa da, böyrəyindəki problemlərin aradan qalxmadığını, həkimlərin analizlərin cavabını gözlədiklərini bildirib:

“Sayqa Türkiyəyə ağır vəziyyətdə gətirilmişdi. Bir ay yarım burada müalicə olundu. İki dəfə əməliyyat etdilər. Artıq bədəni dərmanları qəbul etmir. Qolu, ayağı, hər tərəfi şişdir, yemək belə yeyə bilmir. Həkimlər sonuncu müalicənin nəticəsini gözləyir. Analizlərin cavabına əsasən, iki həftəyə qərar verəcəklər. Böyrək əgər müalicəyə cavab verməsə, əməliyyatla çıxarılacaq. Əməliyyat üçün də 45 min TL pul istəyirlər. Hər gün iynə-dərmana elə 500 TL pul gedir. Sayqanın dostlarının köməyinə çox ehtiyacı var”.

Cəvahir