Ağır xəstə olan tanınmış aktyor üçün 50 min dollar: “Tez bir vaxtda…” – Xanımı AÇIQLADI

Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayevin qaraciyər transplantasiyası üçün lazım olan vəsait toplanıb.

Bu barədə Yenicag.az-a açıqlamasında aktyorun xanımı Elvina Ağayeva deyib:

“Ailədə uyğun donor olmadığından maddi köməyə ehtiyacımız oldu. ARB TV-də kampaniya başlandı və 50 min dollar vəsait toplandı. Tez bir zamanda Elvin Türkiyədə əməliyyat olunacaq”.

Cəvahir