Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun müalicəsi ev şəraitində davam etdirilir.
Bu barədə Yenicag.az-a açıqlamasında adıçəkilən teatrın baş inzibatçısı Yaşar Muradov danışıb.
O, aktyorun səhhəti barəsində bunları deyib:
“Yadigar Muradov qalxanabənzər vəzində yaranmış bədxassəli törəmə səbəbindən müalicə alır. O, səhhəti ilə bağlı xəstəxanada müayinələrdən keçərkən bu xəstəlik aşkarlandı. Dərhal, yəni dekabr ayında əməliyyat olundu. Əməliyyat uğurla keçdi.
Hazırda müalicəsini ev şəraitində, həkim nəzarətində davam etdirir. Səhhəti yaxşıdır. Əməliyyatdan yeni çıxdığı, həm də səs tellərində yorğunluq olduğu üçün həkimlər ona çox danışmağa icazə vermirlər. İnşallah, tezliklə sağalıb ayağa qalxacaq”.
Cəvahir