Ağır xəstəliklə mübarizə aparan Xalq artistinin SON DURUMU – AÇIQLAMA

Uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən tanınmış aktyor, Xalq artisti Ramiz Məlikin səhhətində irəliləyiş var.

Bunu aktyor özü Yenicag.az-a açıqlamasında bildirib.

Xalq artisti müalicəsinin ev şəraitində davam etdiyini deyib:

“Səhətim normaldır, müalicələrim isə davam edir. Xəstəxanada yatmıram, amma mütəmadi xəstəxanaya gedib-gəlirəm. Həkim nəzarətindəyəm”.

Qeyd edək ki, ağır xəstəliklə mübarizə aparan Xalq artisti, “Şöhrət” ordenli Ramiz Məlik səhhətində yaranmış problemlərlə bağlı Milli Onkologiya Mərkəzində müalicə alır.

Cəvahir