Ağır yol qəzası – 1 ölü, 2 yaralı

masin_toqqus6f4cbb9d6c1896Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, Ələt-Astara magistralının 107-ci kilometrliyində “Mercedes” və “VAZ 21074” markalı iki minik avtomobili toqquşub. Nəticədə “VAZ 21074″ün sürücüsü olan 53 yaşlı kişi vəfat edib. Onun həyat yoldaşı və 7 yaşlı nəvəsi isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.