Ağır yol qəzası – 5 nəfər öldü

masin_toqqusdu11Rusiyada ağır yol qəzası olub.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, qəza bu gün yerli vaxtla saat 01.30 radələrində Kareliya Respublikasında baş verib.

Kola magistralının Kondopojsk rayonunun Sopoxa kəndindən keçən hissəsində “Renault Sandero” markalı minik avtomobili qarşı yola çıxaraq “VAZ-2112” markalı minik avtomobili ilə toqquşub. “VAZ-2112” isə “Volqa” markalı minik avtomobilinə çırpılıb. Nəticədə 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Araşdırma aparılır.