!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağır yol qəzası - Minik avtomobili motosikletlə toqquşdu

!Reklam – Yazi

Kürdəmir rayonunda yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə şəhərin Babək prospektində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik avtomobili “Muravey” markalı motosikletlə toqquşub. Nəticədə motosikletdə olan Kürdəmir rayonunun Aran qəsəbəsinin sakinləri – sürücü, 1961-ci il təvəllüdlü Qardaşəli Əbülfəz oğlu Rüstəmov və sərnişini, 1959-cu il təvəllüdlü Şakir Əlmusa oğlu Zərbalıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Report/

www.yenicag.az

1826
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv