Ağır yol qəzası – Piyada öldü

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, rayon sakini 1972-ci il təvəllüdlü Dünyamalıyev Aqil Bəhlul oğlu idarə etdiyi “VAZ-2106” markalı 33 BR 117 dövlət nömrə nişanlı avtomobillə Kürdəmir rayonunda “köhnə bazar” adlanan ərazidə hərəkətdə olarkən yolu keçən Babayev Sahib Zöhrab oğlunu vurub.

Piyada aldığı xəsarətlərlə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlayıb.