Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Ağlaya-ağlaya zəng vurur ki, atma məni" - Vasif Əzimov

Müğənni və meyxanaçı Vasif Əzimovun Yenicag.az-a müsahibəsini təqdim edirik.

– “Youtube”da mahnılarıyla izlənmə rekordu qıran müğənnilərdənsiniz. Amma nədənsə, efirdə az-az görünürsünüz. Səbəb nədir, çağırmırlar, yoxsa…?

– Ağız açmağı xoşlayan adam deyiləm. Amma sənətimə dəyər verən dostlarım sağ olsun, özləri çağırırlar.

– Bu fanat ordusunu daha çox meyxana ilə qazanmısınız, yoxsa, mahnılarınızla?

– Mən İqtisadiyyat İnstitutunu bitirmişəm. Təhsil aldığım sahə üzrə bir işlə məşğul olmaq istəyirdim. Amma qismət elə gətirdi ki, özümü musiqidə tapdım. 2001-ci ildən meyxana deyirəm. 2003-cü ildə 11-ci sinifdə oxuyanda kasetim çıxdı. O vaxt Alim Qasımov televizorda oxuyanda səsini diktafona yazırdım. Mənim muğama da böyük sevgim olub. Onu da deyim ki, bu sənətə gəlir mənbəyi kimi baxmamışam.

– Hansı sizə daha yaxındır – meyxana, yoxsa musiqi?

– İkisi də doğmadır. Meyxana elə bir sənətdir ki, bədahətən fikirləşib, onu çatdırmaq lazımdır. Bu da Allah vergisidir. Amma mən özümü tərifləmirəm, məndən də yaxşı meyxana deyənlər var.

– Ustadınız kimdir?

– Mehman Əhmədli.

– Onun sizin qarşınızda qoyduğu şərtlər olubmu?

– Şərtlər yox, məsləhətlər olub.

– Meyxana aləmində olanlara əyyaş, narkoman damğası da vuranlar az deyil.

– Sovet vaxtlarında bu damğalar vurulurdu.. Çünki meyxanaçıların haqqı söyləmələri narahatlıq yaradırdı. Onlara narkoman, əyyaş damğası vururdular ki, ciddi qarşılanmasınlar. Şükürlər olsun ki, indi meyxanaya münasibət dəyişib, meyxanaçılar dövlət tədbirlərinə də gedir, efirə də çıxır.

– Heç haqqınızda şayiələr dolaşıb?

– Hamının haqqında şayiələr danışırlar. Şükürlər olsun ki, hələ indiyə qədər Vasif narkotikdən istifadə edib deyən olmayıb. Tanıyanlar bilir ki, belə şeylərdən uzağam. Nə içki içirəm, nə də narkotikdən istifadə edirəm.

– Şayiələrdən ehtiyatlanan adamsınız?

– Komplekslərim var. Nəinki sənətçi, istənilən adam gərək cəmiyyət içində özünü qorusun və hərəkətlərinə nəzarət etsin. İstər-istəməz elə bir hərəkət edərsən ki, bütün qazandığın hörməti yerə vurarsan. Hətta o hərəkət karyeranı bir anın içində bitirər.

– Ən böyük kompleksiniz nədir?

– Elə ciddi komplekslərim yoxdur, kaprizli insan deyiləm.

– Sizi nə qıcıqlandıra bilər?

-Haqsızlıq.

– Bəs reaksiyanız necə olar?

– Qarşı tərəf əgər səhvini başa düşürsə, keçirəm.

– Sözdən şiddətə keçə bilərsiniz?

– Sakit təbiətliyəm, dava-şava, qalmaqal mənlik deyil. Fikir vermisinizsə, adım heç vaxt qalmaqalda hallanmayıb.

– Qalmaqala çəkənlər olubmu?

– O qədər. Sadəcə bilmişəm ki, bunu qəsdən ediblər. Buna görə də, fikir verməmişəm.

– Fərqli imiciniz var.

– Hə, saqqal saxlayıram, deyirlər yaraşır. Kostyumu yalnız ciddi tədbirlərə geyinirəm. Geyimdə sərbəst üslubu çox xoşlayıram.

– Ən çox nəyə pul xərcləyirsiniz?

– Paltar və ətirə.

– Hobbiniz, əyləncəniz varmı?

– Futbol oynamağı və izləməyi sevirəm.

– Azarkeşlik etdiyiniz komanda uduzanda əsəbiləşib, nəyisə qırıb-dağıtmısınız?

– Sındırmamışam, amma əsəbiləşmişəm. Deyim ki, “Qarabağ”ın oyunlarını həmişə izləmişəm.

– Sizi nə ruhdan sala bilər?

– Əziyyət çəkdiyim işi kimsə dəyərləndirməzsə, ruhdan düşərəm.

– Üstünüzdə talisman gəzdirirsiniz?

– Elə şeylərə inanmıram. Yalnız Allaha inanıram.

– Həyatda ən çox sizi nə qorxudub?

– Allahdan çox qorxuram.

– Günahlarınızın bağışlanması üçün Allaha yalvarmısınız heç?

– İçimdə həmişə xof olub. Təbii ki, günahsız adam yoxdur, mənim də günahlarım var və buna görə qəlbimdə peşmançılıq hissi keçirmişəm.

– Deyilənə görə xanım pərəstişkarlarınız çoxdur.

– Ola bilər. Amma adımdan çox istifadə edirlər. Mən yalnız “İnstagram” hesabından istifadə edirəm. Amma adımdan saxta profillər yaradıb, yazanlar da çoxdur. Bir də görürsən, kimsə ağlaya-ağlaya mənə zəng vurur ki, sən məni niyə aldadırsan? Mənimlə bir ildir yazışırsan, atma məni, nə olar. Adımdan “WhatsApp”da yazışırlar. Axırda bezib “İnstagram” səhifəmdə də anons verdim ki, mənim səhifəm budur, heç kimə aldanmayın. Bir deyil, iki deyil.

– Sənin adından “qız tuturlar”?

– Nə “tuturlar” özləri bilər.

– Bəs xanımlar sizə sevgilərini bildirəndə reaksiyanız necə olur?

– Bunu şişirtmirəm ki, ay da, ölürlər məndən ötrü. Heç vaxt bu sevgidən sui-istifadə etməmişəm. Elə şeylər mənlik deyil.

– Çox mühafizəkarsınız…

– Xarakterim belədir.

– Meyxanada söyüşdən istifadə etmisiniz heç?

– Ola bilər nə vaxtsa mən də işlətmişəm, amma tərəfdarı deyiləm.

– Toyda davaya düşmüsünüz?

– Anlaşılmazlıq olub, dava düşüb. Amma özümlə bağlı olmayıb.

– Toy həmin dava ilə də bitib?

– Davam edəni də olub, bitəni də.

-Toy qiymətləriniz varmı?

– Elə məclis olub ki, baxmışam kasıb adamdır, ürəyi məni istəyir, pulsuz oxumuşam.

– İndi bu sözlərdən sonra hamı sizi toyuna dəvət edəcək.

– İslanmışın yağışdan nə qorxusu…

– Konsert barədə düşünürsünüz?

– Yanvarın axırlarında Rusiyada Sevil-Sevinc bacıları ilə konsertimiz olacaq. Digər ölkələrdə də konsertlər nəzərdə tutulub.

– Söhbətin əvvəlində şərt kəsdiniz ki, şəxsi həyat barədə sual verməyim…

– Xoşlamıram. Sizə şəxsi həyatınız barədə sual versələr xoşunuza gələr?

– Mən məşhur müğənni deyiləm ki, şəxsi həyatım kimin üçünsə maraqlı olsun…

– Məni milyonlar tanıyır, sizi minlər. İnsan olaraq başqa nə fərqimiz ola bilər ki. Şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Mən sənətçiyəm, sənətim maraqlı olmalıdır. Şəxsi həyatım özümə aiddir, bunu bölüşmək istəmirəm. İsrar etməyin, cavab verməyəcəm.

– Subaysınız, evli?

– Evlənəndə hamı biləcək. Xahiş edirəm, keçək bu sualların üstündən.

– Keçək deyirsiniz, keçək də. Aktyor kimi də özünüzü sınadınız.

– “Barama” serialında Ruzigar obrazında çəkildim.

– Aşiq obrazı…

– Hə, bədbəxt aşiq.

– Çətinliyiniz olmadı ki?

– Əvvəllər çətinlik oldu. Çünki obraz mənə yad idi. Düzdür, oxşar cəhətlərimiz vardı. Məsələn, o da romantik idi, mən də.

– Romantik olmağın üstünlüyü nədədir?

– Yaradıcılıqda adama köməyi dəyir.

– Romantiklər tez aldanır. Xanımlar tərəfindən aldadılmısınız heç?

– Fərq etməz, kişi, ya xanımlar tərəfindən. Aldadanlar olur.

– Qadında ən çox dəyərləndirdiyiniz xüsusiyyət hansıdır?

– Düzgünlük, etibar, vəfa, səmimiyyət.

– Vizual görünüş bəs?

– Əvvəl xasiyyət gəlir. Xasiyyəti gözəl deyilsə, lap istəyir dünya gözəli olsun, xeyri yoxdur.

Cəvahir
Camalə Əlizadə

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

5670
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM