Ağrıda qar əridi, sel qaya parçalarını sürüklədi – VİDEO

Ağrı dağında qarın əriməsi nəticəsində sel baş verib.

Yenicag.az “TRT Haber”ə istinadən xəbər verir ki, sel ağır qaya parçalarını özü ilə sürükləyib.

Qeyd edək ki, daha əvvəl “Cerberus” antisiklonunun Türkiyəni vurduğu bildirilirib. Ölkənin əksər hissəsində istilər başlayıb, havanın temperaturu 45 dərəcəyə yaxındır.

Türkiyənin Baş Meteorologiya İdarəsinin məlumatına görə, cümə günü İstanbul şəhərin Asiya tərəfində 39,7 dərəcə isti qeydə alınıb. Burda tarixi rekord 40,6 dərəcədir. Eyni zamanda yollarda asfalt örtüyü 50 dərəcəyə qədər isinib.

COP29