!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağrıkəsicilərin ciddi fəsadları: “Hətta ağır xəstəliklər belə...” - AÇIQLAMA

!Reklam – Yazi

Son vaxtlarda həm hava dəyişkənliyi, həm də şəxsi problemlər və stres səbəbilə insanlarda baş ağrıları yaranır. Belə olduğu halda, ağrıkəsicilərə üz tuturuq. Həmin preparatların tərkibi kimyəvi olduğu üçün, şübhəsiz ki, orqanizmə müxtəlif mənfi təsirləri var.

Bəs ağrıkəsicilərdən çox istifadə etmək sağlamlığa nə qədər ziyandır? Hansı mənfi təsirləri var? İnsanlarda niyə baş ağrısı yaranır?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən terapevt Sübhan Hacıyev bildirib ki, hər yaş qrupuna xas olaraq baş ağrıları müxtəlif səbəblərdən yaranır:

“Məsələn, 60-65 yaş arası insanlarda yaranan baş ağrıları xroniki xəstəliklərlə əlaqələndirilir. Ən çox rast gəldiyimiz ürək damar xəstəliklərinə bağlı olaraq təzyiqin artması problemidir. Belə insanlarda başın ənsə nahiyəsində basıcı ağrılar meydana gəlir.

Gənc insanlarda alın və gicgah nahiyəsində ağrılar olur. Bunun da səbəbi gərginlik, yuxusuzluq, stres və qidalanma faktorları ilə əlaqəlidir.

Meteohəssas insanlarda isə alın nahiyəsində ağrılar yaranır. Ağrılar baş verdiyi zaman vətəndaşlar həkimə müraciət etmədən, birbaşa ağrıkəsicilərə üz tuturlar”.

O vurğulayıb ki, həmin dərmanların orqanizmə çox ciddi təsirləri var:

“Hər dərmanın müxtəlif molekulyar tərkibi var. Həmin zərərlər daha çox mədə-bağırsaq traktının zədələnməsi ilə özünü biruzə verir. Biz həkimlər bu preparatlardan istifadə edənlərdə tez-tez onikibarmaq bağırsaq iltihabı və xora xəstəliklərini müşahidə edirik. Həmin dərmanlar qan laxtalanmasına da təsir göstərir. Bəzi insanlarda qanın vaxtından tez lizisə uğramasının şahidi oluruq.

Səbəbi bilinməyən ağrılar zamanı aptekdən ən güclü dərmanı almaq yerinə, mütləq həkimə müraciət edin! Ağrıkəsicilərin heç biri məsum dərmanlar deyil. Davamlı istifadə edildikdə ciddi fəsadlar olur”.

Şahanə Paşa

www.yenicag.az

768
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv