Amsterdamda keçirilən sərgidə maraqlı qurğu nümayiş etdirilib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, “Saco” adı verilən qutu ilk baxışdan kosmik gəmiyə bənzəyir.
Qeyri-adi ixtiranın dizaynerləri Aleksandr Bannink və Filip Niçke, “kosmik gəmi” sayəsində intihar etmək istəyən şəxslərin ağrısız-acısız həyatlarına son qoya biləcəklərini deyiblər.
“Bura daxil olan şəxs yüngül başgicələnmə hiss edəcək, daha sonra huşunu itirəcək”, – deyə Niçke əlavə edib. Sərgidə qurğunun maketi nümayiş olunsa da, insanlar gözlərinə xüsusi eynək taxaraq qurğunu test ediblər.
Qeyd edək ki, qurğunun hazırlıqlarına ilin sonunda başlanması planlaşdırılır.