Ağstafa şəhərinin daha 14 küçəsinə asfalt-beton qatı salınır – FOTOLAR

Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafada həyata keçirilən abadlıq və yenidənqurma tədbirlərinin icrası uğurla davam etdirilir. O cümlədən əhalinin sosial-mədəni və iqtisadi vəziyyətinin yüksəlməsinə xidmət edən yol-nəqliyyat infrastrukturunun da inkişafı davamlı xarakter almışdır.

Bu barədə Yenicag.az-a Ağstafa rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində Ağstafa şəhərinin növbəti on dörd küçəsində təmir-tikinti işlərinə start verilmişdir. Belə ki, asfalt-beton qatının salınması nəzərdə tutulmuş küçələrdən Fərzalı Abbasov, Nazim Əfəndiyev, Vüsət Əfəndiyev və İsrafil Ağa Kərbalayev küçələrində işlər tamamlanmış, Milli Qəhrəman Əjdər Babayev küçəsində isə yekunlaşmaq üzrədir. İşlər növbəti doqquz küçəyə, Qarabağ, Vaqif, İsa Hüseynov, Vaqif Murğuzov, H.Arif küçəsi döngə 1, Aslan Aslanov, Süleyman Tatlıyev, Elşən Qurbanov və Asif Abdullayev küçələrinə asfalt-beton örtüyünün qoyulması ilə davam etdiriləcəkdir.

Təmir-tikinti işlərinin həya keçirildiyi küçələrin sakinləri onlara göstərilən yüksək dövlət qayğısına görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə edirlər.