Ağstafa Rayon Mərkəzi Xəstəxanasında oğurluq olub.
Yenicag.az-ın xəbərinə görə, xəstəxanada müalicə olunan R.İsmayılovun 2 min manat pulu və qızıl üzüyü oğurlanıb.
Polisin araşdırması nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N.Əsədullayev saxlanılıb. Həmin şəxs R.İsmayılovla eyni palatada müalicə olunurmuş.
Fakt üzrə araşdırmalar davam etdirilir./Report/