Ağstafada 3 maşın toqquşub, ölən var

qezrr4Ağstafa rayonunda zəncirvari yol qəzası baş verib.

Ağstafa rayonunun Dağkəsəmən kəndində rayon sakini Vaqif Ələkbərovun idarə etdiyi “Opel”, Qazax rayon sakini İmamverdi Məmmədovun idarə etdiyi “VAZ-21063” və Bakı şəhər sakini Raqi Əsgərovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub.

Nəticədə İ.Məmmədov, V.Ələkbərov və 1 sərnişini xəstəxanaya yerləşdirilib, İ.Məmmədov orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.