63 yaşlı kişini 15 nəfər ölümcül döydü – Ağstafada

Ağstafa rayon sakini bir neçə nəfər tərəfindən döyülüb.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1955-ci il təvəllüdlü, Əvəzov Nasir Əsgər oğlu “NİVA” markalı avtomobillə evinə gedən zaman bir qrup şəxs 3 avtomobillə onun qarşısını kəsib. Həmin avtomobillərdən düşən 15 nəfərə yaxın şəxs 63 yaşlı kişini ölümcül döyüblər. Zərərçəkən şəxs xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.

Faktla bağlı araşdırma aparılır./Report/

COP29