Ağstafada ağır qəza – 5 qadın yaralandı

Bakı-Qazax magistralının Ağstafadan keçən hissəsində evakuatorla mikroavtobus toqquşub.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində 5 nəfər yaralanıb.

Belə ki, mikroavtobusda olan 1988-ci il təvəllüdlü Təranə Tomtiyeva, 1971-ci il təvəllüdlü Şərifə Qasımova, 2005-ci il təvəllüdlü Nərimin Məmmədova, 1981-ci il təvəllüdlü Afət Məmmədova və 1982-ci il təvəllüdlü Həcər İsmayılova müxtəlif bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakla bağlı araşdırma aparılır.