Ağstafada itkin düşən ana və azyaşlı qızından XƏBƏR VAR – FOTO

İtkin düşən Ağstafa rayon sakinləri tapılıb. 

Ağstafa rayon sakini, 1995-ci il təvəllüdlü Aişə Qurbanova və onun qızı 4 yaşlı Nurayın Gəncə şəhərində olduqları məlum olub.

Qeyd edək ki, onlar aprelin 25-də evdən Tovuz rayonuna getmək adı ilə çıxıb və geri qayıtmayıblar./Report/

***

20:54

Ağstafa rayonunda ana və azyaşlı qızı itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Ağstafa rayon Köçəsgər kənd sakinləri, 1995-ci il təvəllüdlü Qurbanova Aişə və övladı 2016-cı il təvəllüdlü Nuray Əsədova aprelin 25-də yaşadığı evdən çıxaraq Tovuz rayon istiqamətinə gedərək, bir daha geri qayıtmayıblar.

A.Qurbanovanın əlamətləri belədir: boyu 166 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, sol yanağında qara xal var. Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, ayağında qara rəngli idman ayaqqabısı olub. Övladının əynində qara rəngli şalvar, bənövşəyi kofta, ağ-qara rəngdə idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02231-5-00-94 şəhər və (070) 213-64-00, (051) 611-79-50 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.