Ağstafada avtobus minik maşını ilə toqquşdu – Ölən və yaralanan var

Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Daewo” markalı avtobusla minik maşını toqquşub.

Qəza zamanı bir nəfər ölüb, 1969 -cü il təvəllüdlü Tovuz sakini Bəsti Məmmədov isə xəsarət alıb./APA