Ağstafada avtomobil 11 yaşlı uşağı vuraraq öldürüb

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 463-cü kilometrliyində Ağstafa rayonunun Qıırlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini Babaxan Kərimli idarə etdiyin ”VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 2006-cı il təvəllüdlü Məsiyev Nihat Pərviz oğlunu vurub. Uşaq hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Sosial səhifələrdə paylaş

Yeniçağ.az