Ağstafada avtomobil azyaşlını vuraraq öldürdü

Ağstafada azyaşlını avtomobil vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, noyabrın 10-da saat 18 radələrində rayonunun Zəlimxan kənd sakini 11 yaşlı A.Alızadə evlərinin qarşısında atasına məxsus “VAZ-2106” markalı avtomobili arxaya idarə edərkən həmkəndlisi, 8 yaşlı Hüseyn Abadovu vurub. Nəticədə uşaq hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.