Ağstafada avtomobil qəzası baş verdi

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi olub.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, rayonun Dağ Kəsəmən kəndi ilə hərəkətdə olan “VAZ” markalı avtomobil idarəetmədən çıxaraq, dərəyə aşıb.

Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.