Ağstafada Dövlət Bayrağı Günü münasibətilə yürüşü keçirildi – FOTOLAR

Ağstafada 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə bayraq yürüşü keçirilib.

Yenicag.az xəbər verir ki, Nümunəvi Hərbi Orkestrin müşayiəti ilə keçirilən yürüşdə rayon ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, qazilər, rayon ərazisində yerləşən “N” saylı hərbi hissədən əsgər və zabit heyəti iştirak edib.

Əsgərlər yürüş boyu Azərbaycan Respublikasının Dövlət bayrağını çiyinlərində daşıyıblar. Yürüş Dövlət Bayrağı Meydanından başlayaraq Heydər Əliyev Mərkəzinədək davam edib. Tədbir iştirakçıları Mərkəzin önündə Ümimmilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.