Ağstafada ər arvadını qətlə yetirib

Ağstafa rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Arzu Namazov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci il təvəllüdlü Xəyalə Şahbazovanı bıçaqlayaraq qətlə yetirib. A. Namazov polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, ailənin iki övladı var.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.(APA)

Yenicag.az