Ağstafada evə basqın edildi – Qızıllar oğurlandı

Ağstafada naməlum şəxslər gecə saatlarında Nəriman Nərimanov küçəsi 9 ünvanındakı mənzilə basqın ediblər.

Yenicag.az xəbər verir ki, onlar evdə tək olan Sahibə Ələkbərovaya qarşı fiziki zor tətbiq edərək, ona məxsus pul və qızıl-zinət əşyalarını ələ keçiriblər. Daha sonra maskalı şəxslər ərazidən uzaqlaşıblar. Bundan sonra dərhal polisə məlumat verilib.

Hazırda Ağstafa Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir./AZƏRTAC /