Ağstafada faciə: 54 yaşlı kişini ildırım vurub öldürdü

Ağstafa sakinini ildırım vurub.

Yenicag.az-ın məlumatına görə, rayonun Köçəsgər kənd sakini, 1964-cü il təvəllüdlü Yusubov Yusif Səfər oğlunu ildırım vurub və o, hadisə yerində ölüb.

Ağstafa rayon Prokurorluğundan bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.