Ağstafada iki avtomobil toqquşub: Xəsarət alanlar var

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində 2 avtomobilin toqquşması nəticəsində 1957-ci il təvəllüdlü Şəmkir rayon sakini Telman Mustafayev müxtəlif bədən xəsarətləri alıb.

Xəstəxanaya müraciət edən T.Mustafayevə tibbi yardım göstərilib və hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./Report/