Ağstafa rayonunun Qarahəsənli kəndində yol kənarında ümumi sahəsi 15 m² olan konteynerin (fəhlələrin soyunub-geyinməsi üçün istifadə olunur) penoplastdan ibarət üzlüyü və içərisindəki əşyalar yanıb.
Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, yaxınlıqda olan digər konteyner yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.