Kür çayında batmış 2 nəfərdən birinin cəsədi tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış 2 nəfərdən biri, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi saat 20:30-da FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.
Digər 1 nəfərin axtarışı davam etdirilir.