Ağstafada mikroavtobusla minik avtomobili toqquşdu: 15 yaralı

Ağstafa rayonunda mikroavtobusla minik avtomobili toqquşub, yaralılar var.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində baş verib.

Sərnişin daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 15 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.