Ağstafada monitorinq keçirildi – FOTO

Ağstafada Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə sanitar-karantin qaydalarına əməl olunmasına dair növbəti monitorinq həyata keçirilib.

Belə ki, ictimai nəqliyyatda- taksi, avtobuslarda, rayon ərazisindəki market, iri ticarət və ictimai-iaşə obyektlərində vətəndaşların COVID-19 pasportunun olub-olmaması, tibbi maskalardan istifadə qaydalarına əməl olunması, sosial məsafənin qorunması qaydalarına diqqət yetirilib, əhalinin daha sıx olduğu yerlərdə müvafiq profilaktiki tədbirlər görülüb.

Araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.