Ağstafada naməlum qadını maşın vurub öldürdü

Ağstafa şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yenicag.az xəbər verir ki, yolu qarşı tərəfə keçmək istəyən qadını (şəxsiyyəti dəqiqləşdirilir – red.) avtomobil vurub.

Ağır xəsarətlər alan qadın xəstəxanaya aparılsa da, onun dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.