Ağstafada silahlı insident – 2 nəfər güllələndi

Ağstafa rayonunda silahlı insident baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Köçəsgər kəndində qeydə alınıb.

Kənd sakinləri 1968-ci il təvəllüdlü Məmmədov Qabil Ələsgər oğlu və 1959-cu il təvəllüdlü Əlləcov Yüsif Əsgər oğlu güllə yarası ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisənin hansı şəraitdə baş verdiyi müəyyənləşdirilir.