Ağstafada tapılan meyitin kimliyi müəyyənləşdi

Ağstafada aşkar olunan meyitin kimliyi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, meyiti aşkarlanan şəxs Qazax şəhər sakini 1942-ci il təvəllüdlü Qocayev Alı Dövlət oğludur. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun içkili vəziyyətdə kanala düşərək öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

COP29