Ağstafada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, Qazax rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus maşın “Mercedes” markalı avtomobillə toqquşub
Hadisə zamanı təcili yardım maşınının sürücüsü, 1984-cü il təvəllüdlü Xasayev Tural Əbulfət oğlu, tibb bacısı, 1976-cı il təvəllüdlü Əliyeva Yeganə Telman qızı və təcili yardım maşınındakı xəstənin qohumu, 1966-cı il təvəllüdlü Məmmədova Sevda Mamat qızı xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.