Ağstafada yol-nəqliyyat hadisəsi baş verdi: Yaralılar var

Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yenicag.az xəbər verir ki, xəsarət alan Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Münazim Mikayılova və Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Nizam Yusifov xəstəxanaya aparılıb.

Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. /Report/