Ağstafa rayonunun Böyük Kəsik kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.
Yenicag.az xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 1960-cı il təvvəllüdlü sürücü Eminov Elxan Əsgər oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.