Ağsu rayon mərkəzi bazarında yanğın

Ağsu rayonunun mərkəzi hissəsində yerləşən bazarda yanğın hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğının hansı səbəbdən baş verdiyi bilinmir. Hazırda onun söndürülməsi istiqamətində iş aparılır.

Əlavə məlumat veriləcək.