!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağsuda 18 saat davam edən dəhşətli yanğın

!Reklam – Yazi

d72bae25f3aa361675336262ea4884b7105 hektar dağlıq ərazidə ağaclar, biçilmiş taxıl sahəsi və kol-kos yanıb

Ağsu rayonunda güclü yanğın olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, avqustun 2-də saat 14:00 radələrində rayonun Bico kəndi ərazisindəki dağlıq sahədə baş verən yanğın getdikcə geniş ərazini əhatə edib.

Kənd bələdiyyəsinə məxsus ərazidə baş verən yanğının söndürülməsi üçün hadisə yerinə Ağsu, İsmayıllı, Göyçay, Kürdəmir və Şamaxı rayonlarının yanğından mühafizə hissələrinin maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın dağlıq və kol-koslu ərazidə baş verdiyi üçün alovun qarşısını almaq çətinləşib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısını bu gün səhər saat 8:00 radələrində almaq mümkün olub. yanğnın Bico kəndindəki evlərə, qəbiristanlığa və meşə ərazisinə keçməsinin qarşısı alınıb.

Ümumilikdə 105 hektar sahədə ağaclar, kol-kos və biçilmiş taxıl sahəsi yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

663
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv