Ağsuda 3 otaqlı ev yandı

Ağsu rayonunun Ərəbsarvan kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 118 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.