!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağsuda dəhşət - 10 hektar ərazidə yanğın başladı

!Reklam – Yazi

Ağsu rayonunda dağlıq ərazidə yanğın başlayıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə, Ağsu rayonunun Keşdiməz kəndi ərazisində, dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən, dağlıq ərazidə 10 hektar sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğının söndürülməsi istiqaməti üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

www.yenicag.az

3664
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv