Ağsuda fotostudiya yandı

Ağsu şəhərində ümumi sahəsi 48 m² olan ikimərtəbəli obyektin (fotostudiya kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.