Ağsuda polis reydi: Qayda pozuntusu aşkarlandı

Ağsu polisinin keçirdiyi monitorinqlər zamanı rayon ərazisində toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən “Gözəl Ağsu” şadlıq sarayında keçirilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə əlaqədar obyekti işlədən Elnur Abbasov inzibati məsuliyyətə cəlb edilərək 4 min manat cərimələnib.