Ağsuda qanunsuz saxlanılan silahlar polisə könüllü təhvil verilib

Vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlərlə rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 9 ov tüfəngini könüllü polisə təhvil veriblər.

COP29