Ağsuda zəlzələ baş verdi

Ağsuda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, yerli vaxtla saat 18:19-da Pirqulu stansiyasından 9 km cənub-qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ Şamaxı və Pirqulu ərazilərində 3 bala qədər hiss olunub.