Ağsunun icra başçısı vəfat etdi – AÇIQLAMA / YENİLƏNDİ

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev vəfat edib.

Məlumatına görə, V. Tağıyev bu gün axşam saatlarında xəstəxanada keçinib. Həkimlərin səyinə baxmayaraq V. Tağıyevin həyatını xilas etmək mümkün olmayıb.

***

10:30

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin dünyasını dəyişməsi ilə bağlı məlumat doğru deyil.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə icra başçısının müalicə aldığı tibb müəssisəsindən məlumat verilib.

Müəssisədən qeyd ediblər ki, V.Tağıyev hazırda tibb müəssisiəsində müalicəsini davam etdirir: “İcra başçısının vəziyyəti ağırdır. Amma onun dünyasını dəyişməsi ilə bağlı məlumat yalandır”.