Ağtafada nənə və nəvələri dəm qazından zəhərləndi

Ağstafada üç nəfər dəm qazından zəhərlənib.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

Belə ki, 3 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Hər üç şəxs yaşadığı evdə vanna otağında dəm qazından zəhərlənib. Zəhərlənənlər isə nənə və onun iki nəvəsidir.

Faktla bağlı araşdırma aparılır./unikal